8 2

Kəlbəcər rayonu Çəpli kəndində axtarışları davam edən 2015-ci il təvəllüdlü Abutalıbov Yaqub Zabil oğlunun meyiti tapılıb.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, Y. Abutalıbovun cansız bədəni Fövqaladə Hallar Nazirliyinin (FHN) dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən təxminən 600 metr kənarda tapılıb.

İlkin ehtimala görə, hadisənin ehtiyatsızlıqdan baş verdiyi ehtimal olunur.

Faktla bağlı Kəlbəcər rayon Prokurorluğunda araşdırma başlanılıb.

Qeyd edək ki, Bərdə sakini olan yeniyetmə iyulun 12-də çaya düşüb.

Paylaş: