6a5678b5a0a1d6a5678b5a0a1e17840518936a5678b5a0a1b6a5678b5a0a1c 9

Sabah Bakının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.

Bu barədə Globalinfo.az-a  “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonunun Xocalı və 8 Noyabr prospektlərinin, Babək prospektinin bir hissəsinin, A. İsmayılov, N. Rəfiyev, S. Orucov, İ. Orucov, M. Mehdizadə, S. Vəzirov və S. Senyuşkin küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq

Paylaş: