
Futbol üzrə dünya çempionatında ikinci finalçının adı bəlli oldu.
Globalinfo.az xəbər verir ki, yarımfinalda İngiltərə ilə qarşılaşan Argentina rəqibini 2:1 hesabı ilə məğlub edərək həlledici mərhələyə yüksəlib.
Beləliklə, Argentina finalda daha əvvəl Fransa üzərində qələbə qazanaraq həlledici mərhələyə yüksələn İspaniya ilə qarşılaşacaq.
Komandalar dünya çempionluğu uğrunda mübarizə aparacaq. İngiltərə isə üçüncü yer uğrunda oyunda Fransanın rəqibi olacaq.
***00:52
Argentina hesabına ikinci qolu yazdırıb.
Globalinfo.az xəbər verir ki, qolun müəllifi 90+2 dəqiqədə Lautaro Martinez olub.
***00:46
Argentina hesabı bərabərləşdirib.
Globalinfo.az xəbər verir ki, Enzo Fernandez 85-ci dəqiqədə komandasına qol qazandıraraq hesabı bərabərləşdirib.
***00:15
İngiltərə hesabı açıb.
Globalinfo.az xəbər verir ki, Entoni Qordon 55-ci dəqiqədə fərqlənə bilib.
***00:03
İkinci hissə start götürüb.
***23:48
Oyunda ilk hissə bitib.
Globalinfo.az xəbər verir ki, komandalar ilk fasiləyə qolsuz bərabərliklə yollanıb.
***23:00
FIFA 2026 Dünya Çempionatının yarımfinal mərhələsində növbəti komandalar qarşılaşır.
Globalinfo.az xəbər verir ki, bu dəfə Argentina və İngiltərə milliləri güclərini sınayır.
Xatırladaq ki, ötən gün baş tutan İspaniya–Fransa matçında İspaniya 2:0 hesablı qələbə ilə finala yüksəlib.
Bugünkü görüşün qalibi İspaniya millisi ilə qarşılaşacaq, məğlub olan komanda isə üçüncülük uğrunda Fransaya rəqib olacaq.