tramp 2 900x506 1

ABŞ-ın Maliyyə Nazirliyi ölkənin 250 illik müstəqilliyi münasibətilə yeni qızıl sikkənin dövriyyəyə buraxılacağını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent “X” sosial şəbəkəsində paylaşım edib.

Onun sözlərinə görə, ABŞ Zərbxanası nominal dəyəri 1 dollar olan qızıl sikkə buraxacaq və onun üzərində ABŞ Prezidenti Donald Trampın təsviri yer alacaq.

“Amerika müstəqilliyinin 250 illiyini qeyd edərkən, Zərbxana azadlığın sarsılmaz irsini və vətənpərvərliyin əbədi simvolunu əks etdirən yeni 1 dollarlıq qızıl sikkənin istehsalına başlayacaq. Sikkənin üzərində Prezident Donald Trampın təsviri olacaq”, – deyə Bessent vurğulayıb.

Hələlik sikkənin hansı tirajla istehsal olunacağı və dövriyyəyə buraxılacağı tarix açıqlanmayıb.

KMO 090981 22131 1 t218 180112

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: