Kreml Latviya hakimiyyətinin rus dilinin mətbuatda istifadəsini qadağan etmək planını pisləyir.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Burada yeganə reaksiya qınamaq ola bilər. Bunu qınamamaq mümkün deyil, çünki ölkə sakinlərinin çox sayda hüquqları rədd edilir”, – o bildirib.
Qeyd edək ki, Latviyada dövlət mediasında rus dilinin qadağan edilməsi təklif olunur.