ukr

Ukraynanın Azov dənizində 100-dən çox Rusiya gəmisini hədəf alan hücumları milyonlarla ton Rusiya taxılının ixracı üçün istifadə edilən Azov və Taman limanlarını iflic edib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bəzi hesablamalara görə, bu iki liman Rusiya taxıl ixracının 15%-ni və bitki yağlarının xarici tədarükünün 17-21%-ni təşkil edir. “Sovecon” şirkətinin analitikləri isə bu payı daha yüksək – ümumi taxıl və günəbaxan yağı ixracının 25%-nə qədər – qiymətləndirirlər.

Aqrar Bazar Tədqiqatları İnstitutunun (ICAR) analitikləri iyul ayında taxıl ixracının planlaşdırılandan 20% aşağı olacağını proqnozlaşdırırlar (2,5 milyon ton əvəzinə 2 milyon ton). Azov dənizində iflic vəziyyətində olan ixracın bir hissəsi dərin su limanlarına yönləndirilə bilər: onlar ayda 4-4,5 milyon ton yükləmə qabiliyyətinə malikdirlər. “Sovekon” şirkətinin baş direktoru Andrey Sizov qeyd edir ki, iyul ayında bu kifayət edəcək, lakin avqust ayında, ixrac mövsümünün zirvəsində yük daşınması ayda 5-6,5 milyon tona çatır.

Qeyd edək ki, Ukrayna Azovda Rusiyanın kölgə donanmasına məxsus 116 gəmini vurduğunu açıqlamışdı.

Paylaş: