neft dollar 900x506 2

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Globalinfo.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 5,22 dollar və ya 6,42% artaraq 86,51 ABŞ dolları təşkil edib.

      Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 81,29 ABŞ dolları təşkil edib.

      Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

      Paylaş: