İran parlamentində ABŞ ilə münasibətlərlə bağlı sərt çağırışlar səsləndirilib.
Globalinfo.az xəbər verir ki, parlamentin 180 üzvü ABŞ ilə imzalanmış anlaşma memorandumunun ləğv edilməsini tələb edən təşəbbüslə çıxış edib.
Deputatlar bununla yanaşı, Əli Xameneinin ölümünün qisasının alınmasını, Vaşinqtonla aparılan danışıqların araşdırılması üçün xüsusi parlament komissiyasının yaradılmasını, Hörmüz boğazına eksklüziv nəzarəti nəzərdə tutan qanunun qəbulunu və İran Silahlı Qüvvələrinə tam dəstəyin göstərilməsini tələb ediblər.
Təşəbbüsün parlamentdə hansı mərhələdə olduğu və rəsmi qərarın nə vaxt qəbul ediləcəyi hələlik açıqlanmayıb.
Tahir Turan
Globalinfo.az