AA 20260714 41974435 41974434 CUMHURBASKANI ERDOGAN KATARDA scaled
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan  Qətərin paytaxtı Dohaya səfər ediblər.

Globalinfo.az Türkiyə mediasına istinadla xəbər verir ki, Ərdoğan Şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı ilə əlaqədar onun ailəsinə və Qətər rəhbərliyinə başsağlığı çatdırmaq məqsədilə paytaxt Dohaya gedib.

Qeyd edək ki, Şeyx Həməd bin Xəlifə Al Tani 1995-2013-cü illərdə Qətərə rəhbərlik edib. O, 2013-cü ilin iyun ayında könüllü şəkildə hakimiyyətdən gedərək əmirlik səlahiyyətlərini oğlu, hazırkı Qətər əmiri Şeyx Təmim bin Həməd Al Taniyə təhvil verib.

74 yaşında vəfat edən keçmiş əmir Dohadakı Lusail qəbiristanlığında dəfn olunub. Onun vəfatı ilə əlaqədar Qətərdə dördgünlük matəm elan edilib.

Paylaş: