b4f7a9d7 b42b 3100 b046 9f97b69eb540 1200

Gəncədə ikisi azyaşlı olmaqla zəhərlənən beş nəfər Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki tibb müəssisələrinə – Abbas Səhhət adına xəstəxanaya və Uşaq Xəstəxanasına hospitalizasiya olunublar.

Globalinfo.az Report-a istinadla xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, zəhərlənmə şübhəsilə onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir, dörd nəfərin vəziyyəti stabil, birinin isə orta ağır qiymətləndirilir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) isə “Report”un sorğusuna cavab olaraq bildirilib ki, hadisə ilə bağlı araşdırmalara başlanılıb. Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə müvafiq tədbirlər görülür.

Qeyd edək ki, bu, Gəncədə son üç gün ərzində qeydə alınan ikinci kütləvi qida zəhərlənməsi hadisəsidir.

***19:08

Gəncədə daha bir yas mərasimində zəhərlənmə faktı qeydə alınıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, zəhərlənən şəxslərdən 4-ü Abbas Səhhət adına Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib.

Tibb müəssisəsinə yerləşdirilən həmin şəxslər bunlardır:

Tapdıq Həsənli (1999)

Leyla Hüseynova (1951)

Ramil Məmmədov (1982)

Ülviyyə Hacıyeva (1974)

Hadisə zamanı, həmçinin daha iki azyaşlı uşaq da zəhərlənib. Onlar isə Gəncə Birləşmiş Uşaq Xəstəxanasına aparılıb.

İlkin məlumata görə, həmin şəxslər yas mərasimində qidadan zəhərləniblər.

Faktla bağlı araşdırma başlanılıb.

Paylaş: