ABŞ-ın keçmiş prezidenti Co Bayden Moskva ilə Vaşinqton arasındakı münasibətləri “bataqlığa sürükləyib”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Nikolay Patruşev deyib.
“Bayden fövqəldövlətlər arasında qarşıdurma dövrünü yaxşı xatırlayırdı. Lakin bu, onun və administrasiyasının Rusiya ilə münasibətləri bataqlığa salmasına mane olmadı. Vaşinqton hələ də oradan çıxış yolu tapa bilmir”.
Onun sözlərinə görə, yaşlı nəsil amerikalı və avropalı siyasətçilər Soyuq müharibə dövrünü və nüvə eskalasiyası riskini xatırlayır, buna görə də emosiyalara baxmayaraq belə vəziyyətlərdə danışıqlar masasına oturmağın vacibliyini anlayırdılar.
Patruşev bildirib ki, Bayden bu baxımdan istisna olub.
Əliyar Xəlil
Globalinfo.az