avtobuslar 1

Bakıda 172 nömrəli marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir.

Globalinfo.az bildirir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)məlumat yayıb.

Məlumata əsasən, iyulun 14-16-da Bilgəh qəsəbəsinin Respublika küçəsində aidiyyəti qurum tərəfindən aparılan təmir-bərpa işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Məhdudiyyət səbəbindən 172 nömrəli marşrutun hərəkəti müvəqqəti olaraq Azərbaycan Qadını küçəsi (Bilgəh qəsəbəsi) – Bilgəh-Pirşağı yolu (İstiqlaliyyət küçəsi) istiqaməti üzrə təşkil ediləcək.

Paylaş: