Milli Məclisin sədri Sahibə Qafarova Qətərin keçmiş əmiri, mərhum Şeyx Xəlifə bin Həməd Əl Taninin dəfn mərasimində iştirak edəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə parlament sədrinin birinci müavini Əli Əhmədov qanunverici orqanın növbədənkənar sessiyasının bugünkü iclasında məlumat verib.
O qeyd edib ki, S.Qafarova bununla bağlı Qətərdə səfərdədir.
Xatırladaq ki, Qətər Dövlətinin keçmiş əmiri, ölkəyə 18 il rəhbərlik etmiş Şeyx Həməd bin Xəlifə Al Tani iyulun 12-də 74 yaşında vəfat edib.