ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının açıq qalacağını və bu statusun qorunacağını bəyan edib.
Globalinfo.az-ın xəbərinə görə, Tramp bildirib ki, ABŞ İranın dəniz blokadasını yenidən tətbiq edir.
Onun sözlərinə görə, bu tədbir yalnız İran gəmilərinin və ya Tehranla əlaqəli müştərilərin boğaza giriş-çıxışını məhdudlaşdıracaq.
“Digər bütün ölkələr Hörmüz boğazından ədalətli və açıq şəkildə istifadə edə biləcəklər”, – deyə ABŞ prezidenti vurğulayıb.
Tramp həmçinin bildirib ki, boğazın təhlükəsizliyi və mühafizəsi ilə bağlı xərclər daşınan bütün yüklərin dəyərinin 20 faizi həcmində ödəniş hesabına qarşılanacaq. Onun sözlərinə görə, bu mexanizmin tətbiqinə dərhal başlanılacaq.
Xatırladaq ki, bundan əvvəl İran Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı ABŞ-ın Hörmüz boğazının idarə olunması məsələlərinə müdaxiləsinə imkan verilməyəcəyini bəyan edib.
Əliyar Xəlil