mirsahi11

IV Şuşa Qlobal Media Forumunda “Real TV”nin baş direktoru Mirşahin Ağayev də Azərbaycan Prezidenti İlham Əliyevə sual verib.

Globalinfo.az xəbər verir ki, jurnalist Azərbaycan Respublikasının yeganə qalib Prezidenti İlham Əliyevin bəşəriyyətə yeni tarixi dönəm üçün müraciətinin nə olduğunu soruşub.

Dövlət başçısı sualın cavabına keçməzdən əvvəl Mirşahin Ağayevin fəaliyyəti ilə bağlı fikirlər səsləndirib:

“Sözün düzü, bəşəriyyətə müraciət etmək bir qədər təkəbbürlü olar mənim tərəfimdən. Mən bildiyiniz kimi həmişə çalışmışam ki, təvazökarlığımı itirməyim. Baxmayaraq ki, artıq 23 ilə yaxındır ki, bu kürsüdəyəm və bu illər ərzində Azərbaycan haradan haraya gəlib indi xalqımız da yaxşı bilir, siz də bəlkə də hamıdan yaxşı bilirsiniz. Çünki siz müasir Azərbaycan tarixini, bəlkə də, ən dərindən və yaxından bilən şəxslərdən birisiniz. 90-cı illərin əvvəllərindən, bəlkə də, ondan da qabaq bütün bizim ağrılı dövrlərimiz sizin gözünüzün önündən keçib. I və II Qarabağ müharibəsini işıqlandırmısınız. Ona görə, bu tarixi yenə də deyirəm Azərbaycanda sizin qədər bilən və Azərbaycan ictimaiyyətinə və dünyaya çatdıran ikinci şəxs çətin ki, tapılsın”.

Paylaş: