beqayi 900x600 1

Əzrayıl ədalətlidir.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ senator Lindsi Qrehemin ölümü barədə deyib.

“Bütün həyatı boyu pis niyyət və təcavüzə dəstək mirası qoymuş belə bir şəxsdən insanların yaddaşında qaranlıq izdən başqa heç nə qalmayacaq.

Bu qızğın başlı və iti dilli senatorun ölümü, şübhəsiz ki, heç bir azad insanın qəlbini kədərləndirməyəcək”, – o bildirib.

Qeyd edək ki, amerikalı respublikaçı senator Lindsi Qrehem 71 yaşında ölüb. O, İrana qarşı sərt mövqeyi ilə seçilirdi.

Paylaş: