lindsi

“Qərbdə ABŞ senatoru Lindsi Qremin ölümündə “Rusiya izi”nin olması barədə informasiya kampaniyasının başladılması ehtimalını istisna etmək olmaz”.

Globalinfo.az xəbər verir ki, bunu rus politoloq İvan Mezyuxo deyib.

Onun sözlərinə görə, əgər belə bir iddia mediada geniş şəkildə tirajlansa, inandırıcı görünməyəcək.

“Rusiyanın Lindsi Qremi öldürmək üçün heç vaxt nə səbəbi, nə də marağı olub. Baxmayaraq ki, o, anti-Rusiya mövqeyi ilə seçilirdi”, – deyə ekspert bildirib.

Politoloq əlavə edib ki, Qrem həqiqətən də RusiyaABŞ münasibətlərinin pisləşməsində rol oynayan siyasətçilərdən biri idi.

Qeyd edək ki, Lindsi Qrem iyulun 11-də qısa sürən qəfil xəstəlikdən sonra 71 yaşında vəfat edib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: