putin

Rusiya Prezidenti Vladimir Putin Ukraynada davam edən müharibənin gedişi ilə bağlı bütün məlumatları alır və müvafiq qərarlar qəbul edir”.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Xüsusi hərbi əməliyyatla bağlı bütün məsələlər təbii ki, prezidentin və Ali Baş Komandanın diqqət mərkəzindədir”, – deyə o vurğulayıb.

Kreml sözçüsü bu açıqlamanı jurnalistlərin Ukrayna pilotsuz uçuş aparatlarının guya Azov dənizindəki gəmilərə zərbələr endirməsi ilə bağlı xəbərlərin Putinin diqqətində olub-olmaması barədə sualını cavablandırarkən səsləndirib.

Peskov daha əvvəl bildirmişdi ki, Ukraynanın Rusiya ərazisinə zərbələri artdıqca münaqişə daha uzun davam edə bilər. Onun sözlərinə görə, eskalasiyanın dərinləşməsi təhlükəsizlik bufer zonasının genişləndirilməsi zərurəti yarada bilər.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: