magyar

“Macarıstan Prezidenti Tamaş Şuyok ölkə Konstitusiyasına 17-ci düzəlişi nəzərdə tutan qanun layihəsini imzalamayacağı təqdirdə, parlament onun vəzifədən kənarlaşdırılması proseduruna başlayacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Peter Magyar “Facebook” hesabında yazıb.

“Əgər Şuyok bu gün qəbul ediləcək düzəlişi beş gün ərzində imzalamasa, Dövlət Məclisi (Macarıstanın birpalatalı parlamenti) onun impiçment proseduruna start verəcək.

Bundan sonra prezident artıq öz səlahiyyətlərini icra edə bilməyəcək və qanunu onun əvəzinə Dövlət Məclisinin sədri imzalaya biləcək”, – deyə o vurğulayıb.

Qeyd edək ki, Macarıstan vətəndaşlarına Konstitusiyaya 17-ci düzəlişlə bağlı mövqelərini bildirmək təklif edilib.

Hakim “Tisa” Partiyasının irəli sürdüyü bu düzəliş prezident Tamaş Şuyokun vəzifədən uzaqlaşdırılmasını, deputatların maksimum 12 il parlamentdə təmsil olunmasını, həmçinin korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsini nəzərdə tutur.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: