zelenski 1

“Bu gün Rusiya qüvvələri yenidən yalnız mülki obyektləri hədəf alıb”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Rus ordusu Odessada adi sərnişin avtobuslarını, Zaporojyedə yaşayış binalarını, Xarkov vilayətində isə xəstəxananı vurublar.

Müharibənin hər günü Ukraynaya dəstəyin hər baxımdan – müdafiə, siyasi və sadəcə humanitar nöqteyi-nəzərdən doğru addım olduğunu bir daha sübut edir.

Bunu bütün dünya görür. Hər kəs anlayır ki, Ukraynanın daha çox hava hücumundan müdafiə sisteminə, insanların həyatını qorumaq üçün daha geniş imkanlara ehtiyacı var”, – o bildirib.

Zelenski deyib ki, Rusiya rəhbərliyi müharibəni bitirməkdən imtina edir:

“Buna görə də Rusiyaya təzyiq artırılmalıdır. Təcavüzkara qarşı yeni sanksiyalar, Ukraynaya yeni yardım paketləri, eləcə də yeni təşəbbüslər, o cümlədən Avropanın FREYJA adlı raketdən müdafiə layihəsi öz nəticəsini verməlidir”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: