“Zaporojye vilayətində Ukrayna hərbçiləri təchizatdakı fasilələr səbəbindən ərzaq qıtlığı yaşayır və ac qaldıqları üçün ilbizlərlə qidalanmağa məcbur olurlar”.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya təhlükəsizlik strukturları iddia irəli sürüb.
“Ərzaq çatışmazlığı səbəbindən Ukrayna Silahlı Qüvvələrinin əsgərləri mövqelərinin yaxınlığındakı bitkilərin üzərində tapdıqları ilbizləri yeməyə məcbur qalırlar”, – deyə qurumun nümayəndəsi bildirib.
Məlumata görə, Ukrayna ordusunda ərzaq, içməli su, sursat və dərman çatışmazlığı da müşahidə olunur.
Rusiya tərəfi bu iddiaların əsir hərbçilərin ifadələri və radio danışıqlarının dinlənilməsi nəticəsində əldə olunan məlumatlara əsaslandığını bildirir.
Bu məlumatlar müstəqil şəkildə təsdiqlənməyib.
Əliyar Xəlil
Globalinfo.az