İranın atdığı dörd raket krallığın hava məkanında ələ keçirilərək məhv edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə İordaniya Müdafiə Nazirliyi məlumat yayıb.
İyulun 13-ü səhər saatlarında İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın İordaniyadakı hərbi bazasına raket və pilotsuz uçuş aparatları ilə zərbə endirdiyini bildirib.
Məlumata görə, hücum nəticəsində bazadakı sursat anbarları və yanacaq çənləri zədələnib.
Qeyd edək ki, iyunun 17-də ABŞ və İran döyüş əməliyyatlarının dayandırılmasını və yeni danışıqlar mərhələsinin başlanmasını nəzərdə tutan müvəqqəti qarşılıqlı anlaşma memorandumu imzalayıblar. Lakin iyulun 8-də ABŞ Prezidenti NATO sammiti çərçivəsində Vaşinqtonla Tehran arasında əldə olunmuş atəşkəsin artıq qüvvədə olmadığını bəyan edib.
ABŞ-ın zərbələri bərpa etməsindən sonra Prezident Donald Tramp İran rəhbərliyinə qarşı son dövrlərin ən sərt çıxışlarından birini edib. O, iranlıları “xəstə insanlar” və “cəmiyyətin tullantıları” adlandırıb, həmçinin İran İslam Respublikasını Yaxın Şərqdə sabitliyin təmin olunması üçün aradan qaldırılmalı olan “xərçəng şişi”nə bənzədib. Tramp əlavə edib ki, artıq Tehranla danışıqların davam etdirilməsində məna görmür.
Əliyar Xəlil
Globalinfo.az