c5cac9af5a455be 6

Türkiyənin qərbində yerləşən Quşadası kurortunda beşulduzlu hoteldə baş verən qida zəhərlənməsindən sonra təxminən 30 turist xəstəxanaya yerləşdirilib.

Globalinfo.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə “Turizmnews” məlumat yayıb.

Məlumata görə, xəstəxanaya yerləşdirilən şəxslər ürəkbulanma, qarınağrısı, qusma və yüksək temperaturdan şikayət ediblər. Hadisə ilə bağlı araşdırmaya başlanılıb.

Nəşrin məlumatına əsasən, simptomlar “hər şey daxil” sistemi ilə təqdim olunan yeməklərdən sonra yaranıb.

Hadisə yerinə gələn təcili tibbi yardım briqadaları zərərçəkənləri yaxınlıqdakı tibb müəssisələrinə çatdırıblar. Xəstələrin bir hissəsi tibbi yardım göstərildikdən sonra evə buraxılıb, digərləri isə həkim nəzarətində qalır.

Paylaş: