Çəpli kəndi ərazisində çaya düşən 2015-ci il təvəllüdlü Zabil Abutalıbov Bərdə rayon sakinidir.
Globalinfo.az Teleqraf-a istinadla xəbər verir ki, ilkin məlumata görə, adıçəkilən şəxsin yaxınları Kəlbəcər rayonuna təsərrüfatlarını gətirib.
Zabil Abutalıbov da Kəlbəcərə yaxınlarının yanına istirahətə gəlib. Hazırda 11 yaşlı oğlanın axtarışları davam edir.
Faktla bağlı araşdırma başlanılıb.
***22:06
Kəlbəcərdə bədbəxt hadisə baş verib.
Globalinfo.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Çəpli kəndi ərazisində qeydə alınıb.
Belə ki, 2015-ci il təvəllüdlü Z. Abutalıbov çaydan su götürmək istəyərkən çaya düşüb.
Dərhal hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.
Hazırda yeniyetmənin axtarışları davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.