ABŞ Prezidenti Donald Tramp respublikaçı senator Lindsi Qremin vəfatı ilə əlaqədar dövlət müəssisələrində ABŞ bayraqlarının yarıyadək endirilməsi barədə göstəriş verib.
Globalinfo.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında paylaşım edib. Onun qərarına əsasən, bayraqlar iyulun 18-i yerli vaxtla saat 18:00-dək yarıyadək endirilmiş vəziyyətdə saxlanılacaq.
71 yaşlı Lindsi Qrem iyulun 11-də qısa və qəfil xəstəlikdən sonra vəfat edib. Uzun illər ABŞ Senatında Cənubi Karolina ştatını təmsil edən siyasətçi Respublikaçılar Partiyasının xarici siyasət üzrə ən tanınmış simalarından biri hesab olunurdu.
Qrem Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsinin əsas müəlliflərindən biri idi. O, həmçinin İsrailə fəal dəstək verir və ABŞ-ın İrana qarşı sərt siyasətinin tərəfdarlarından biri kimi tanınırdı.
Aysel Əliyeva
Globalinfo.az