Oman Xarici İşlər Nazirliyinin sözçüsü İran səfiri Fərhəngin Sultanlıq ərazisinə edilən hücumlarla əlaqədar çağırıldığını və etiraz notası təqdim edildiyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Oman nazirliyi hücumları “məsuliyyətsiz hərəkətlər” adlandırıb və Tehranı dövlət suverenliyi və daxili işlərə qarışmamaq prinsiplərinə hörmət etməyə çağırıb.
Safura Bənnayeva
Globalinfo.az