vens 3 900x600 2

ABŞ ilə İran arasında aparılan danışıqların nəticəsiz qalması və İslamabad memorandumunun həyata keçirilməməsi ABŞ vitse-prezidenti Ceyms Di Vensin siyasi mövqeyinə mənfi təsir göstərə bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Nəşrin həmsöhbətlərindən biri bildirib ki, Vaşinqton və Tehran arasında əldə olunan razılaşma baş tutmasa, danışıqlar prosesində ön planda olan fiqurlardan biri kimi Cey Di Vens ciddi tənqidlərlə üzləşəcək.

Onun fikrincə, memorandumda Livanda atəşkəsin təmin edilməsi və Hörmüz boğazına nəzarət kimi vacib məsələlərin əksini tapmaması sənədin dayanıqlı olmayacağına dair ilkin siqnallar verirdi.

Digər  tərəfdən qeyd edilib ki, Vensin İranın öhdəliklərə sadiq qalacağına əvvəlcədən şübhə ilə yanaşması müəyyən mənada onun mövqeyini gücləndirir.

Bununla belə, respublikaçılar qarşıdurmanın genişlənməsi və mümkün iqtisadi fəsadlar fonunda vitse-prezidenti prosesə görə məsuliyyət daşıyan əsas şəxslərdən biri kimi qiymətləndirə bilərlər.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: