Fransanın “Patriotlar” Partiyasının lideri Florian Filippo amerikalı senator Lindsi Qremi qatı rusofob və Üçüncü Dünya müharibəsini arzulayan siyasətçi adlandırıb.
Globalinfo.az xəbər verir ki, o, bu fikirləri X sosial şəbəkəsində paylaşıb.
Siyasətçinin sözlərinə görə, Lindsi Qrem uzun illər ərzində neokonservativlərin dəstəklədiyi bütün müharibələrin fəal tərəfdarı olub.
Filippo bildirib ki, Qrem İraqa iki dəfə müdaxiləni, həmçinin Əfqanıstan, Kuba, Serbiya, İran, Liviya, Suriya və digər ölkələrə qarşı hərbi əməliyyatları dəstəkləyib:
“Senator Ukraynadakı müharibənin “son ukraynalıya qədər” davam etdirilməsinin tərəfdarı idi. O, əsl müharibə fanatiki idi”.
Qeyd edək ki, Lindsi Qrem iyulun 11-i axşam saatlarında 71 yaşında vəfat edib.
Əliyar Xəlil
Globalinfo.az