Dünya çempionatı tarixində ilk dəfə olaraq yarımfinala FIFA reytinqinin ilk dörd pilləsində qərarlaşan dörd komanda vəsiqə qazanıb.
Globalinfo.az xəbər verir ki, son rəsmi reytinq iyunun 11-də açıqlanıb.
Reytinqdə Fransa birinci yerdədir, ikinci pillədə Argentina, üçüncü yerdə İspaniya, dördüncü sırada isə İngiltərə qərarlaşıb.
Yarımfinalda Fransa millisi İspaniya komandası ilə qarşılaşacaq, oyun iyulun 14-də keçiriləcək. İngiltərə isə finala çıxmaq uğrunda Argentina ilə mübarizə aparacaq – bu görüş iyulun 15-də olacaq.
Qeyd edək ki, futbol üzrə dünya çempionatı iyunun 11-də ABŞ, Meksika və Kanadada başlayıb və iyulun 19-dək davam edəcək.
Əliyar Xəlil
Globalinfo.az