mm

Argentina millisinin kapitanı və hücumçusu Lionel Messinin üzü 2026-cı il Dünya çempionatının İsveçrə yığmasına qarşı keçirilən 1/4 final matçı zamanı zədələnib.

Globalinfo.az xəbər verir ki, Messiyə su fasiləsi zamanı gözünün üstündə yaranan kəsik səbəbindən meydanın kənarında tibbi yardım göstərilib.

Bildirilir ki, futbolçu bu zədəni İsveçrə millisinin üzvü Qranit Cakanın müdaxiləsi nəticəsində alıb.

Görüş Argentina yığmasının 3:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunun taleyi əlavə vaxtda həll olunub. Matçın 10-cu dəqiqəsində Aleksis Mak Allister hesabı açıb. İsveçrə 67-ci dəqiqədə Dan Ndoyenin qolu ilə hesabı bərabərləşdirib.

Əlavə vaxtda argentinalılar üstünlüyü ələ alıblar. Julian Alvares 112-ci dəqiqədə komandasını yenidən önə keçirib, yekun hesabı isə Lautaro Martines 120-ci dəqiqədə vurduğu qolla müəyyənləşdirib.

Matçın 70-ci dəqiqəsində İsveçrə millisinin futbolçusu Bril Embolo ikinci sarı vərəqə alaraq meydandan qovulub.

Yarımfinalda Argentina İngiltərə ilə qarşılaşacaq. İngiltərə 1/4 final mərhələsində Norveçi mübarizədən kənarlaşdırıb. Görüş iyulun 15-də keçiriləcək, start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.

Qeyd edək ki, daha əvvəl Lionel Messi növbəti unikal göstəriciyə imza atmışdı.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: