lindsi qrem

ABŞ senatoru Lindsi Qremin evinə təcili yardımın çağırıldığı ortaya çıxıb.

Globalinfo.az xəbər veror ki, bu barədə NBC telekanalı məlumat yayıb.

Bildirilib ki, iyulun 11-nə keçən gecə polis radio danışıqlarında onun ürək tutması keçirdiyi barədə xəbər eşidilib.

*** 10:33

ABŞ senatoru Lindsi Qrem vəfat edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Qremin ofisi onun sosial media səhifəsində məlumat yayıb.

Bəyanatda senatorun 11 iyul, şənbə günü vəfat etdiyi yazılıb.

Bildirilib ki, senator qısa və qəfil xəstəlikdən sonra dünyasını dəyişib.

Onun ölümünün dəqiq səbəbi açıqlanmayıb.

Qeyd edək ki, 9 iyulda Lindsi Qremin 71 yaşı olmuşdu. O, 2003-cü ilin yanvar ayından bəri Cənubi Karolinadan olan senator idi. 2025-ci ilin yanvar ayından bəri Qrem həmçinin ABŞ Senatının Büdcə Komitəsinə sədrlik edirdi.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: