ronaldo 1

Portuqaliya millisinin yeni baş məşqçisi Jorje Jesuş hücumçu və milli komandanın kapitanı Kriştianu Ronaldo haqqında fikirlərini bildirib. 

Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, məşqçi və oyunçu əvvəllər Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda birlikdə çalışıblar.

41 yaşlı Ronaldo 2026-cı il Dünya çempionatında üç qol vurub, lakin Portuqaliya 1/8 final mərhələsini keçə bilməyib.

“Kriştianu nə milli komanda, nə də mənim üçün heç vaxt problem olmayacaq. Kriştianu Portuqaliya futbolunun simvoludur. O, “Əl-Nəsr”də qalmaq istəyir və karyerasını orada başa vuracaq. Kriştianu ilə işləmək asandır”, – Jesuş bildirib.

“Əl-Nəsr” 2025/2026 mövsümündə Səudiyyə Ərəbistanı çempionluğunu qazanıb.

Paylaş: