jdHkUqb0SoO6d3z1MkmHANMTOKnfl2oQLXGpf56A 1200 2

Bakı şəhəri, Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində, dənizin nəzarətsiz hissəsində batan 2007-ci il təvəllüdlü Zeynəb Rasim qızı Məmmədzadənin axtarışları davam etdirilir.

Globalinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, axtarış tədbirləri FHN-in Aviasiya dəstəsinin helikopteri, Xüsusi Riskli Xilasetmə Xidməti, həmçinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Paylaş: