tokayev

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ABŞ lideri Donald Trampla telefon danışığı aparıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Tokayev ABŞ-ın müstəqilliyinin 250 illiyi münasibətilə Donald Trampı təbrik edib.

“Telefon danışığı zamanı ikitərəfli iqtisadi əməkdaşlıq və siyasi əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. Kasım-Jomart Tokayev ötən ilin noyabrında Vaşinqtona səfəri çərçivəsində əldə olunan mühüm razılaşmaların həyata keçirilməsində yüksək dinamikanın olduğunu vurğulayıb”, – deyə Qazaxıstan Prezidentinin mətbuat xidməti bildirib.

Məlumata əsasən, Tokayev Donald Trampı onun üçün əlverişli vaxtda Qazaxıstana rəsmi səfərə dəvət edib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: