6a5112456b5476a5112456b54817836979896a5112456b5456a5112456b546

İyulun 10-da Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılmış Ermənistan Respublikası vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətləri üzrə məhkəmə baxışı davam etdirilib.

Globalinfo.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elmar Rəhimovun sədrliyi, Emin Mehdiyev və Mehriban Qarayevanın (ehtiyat hakim Əli Məmmədov) iştirakı ilə keçirilən məhkəmə iclasında barələrində cinayət işi üzrə apellyasiya icraatı aparılan şəxslərin hər biri bildikləri dillərdə – erməni və rus dillərində tərcüməçi, habelə müdafiələrinin təmin olunması məqsədilə vəkillərlə təmin edilib.

Məhkəmə iclasında zərərçəkmiş şəxslərin nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı, həmin idarənin şöbə prokurorları Anar Ələkbərov və Sevinc Qasımova iştirak ediblər.

Əvvəlcə ötən məhkəmə iclasında çıxışına başlayan təqsirləndirilən Arkadi Qukasyana söz verilib. O, çıxışını davam etdirərək ittiham olunduğu maddələr üzrə özünü təqsirli bilmədiyini deyib.

Daha sonra təqsirləndirilən Vasili Beqlaryanın müdafiəçisi çıxış edərək məhkəmədən hüquqlarını qoruduğu təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını və 2026-cı il 5 fevral tarixli hökmün ləğv edilməsini xahiş edib.

Ardınca çıxış edən Vasili Beqlaryan da ittiham olunduğu maddələr üzrə özünü təqsirli bilmədiyini deyib.

Daha sonra təqsirləndirilən Bako Sahakyanın vəkili çıxış edərək məhkəmədən müdafiə etdiyi şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.

Təqsirləndirilən Bako Sahakyanın digər vəkili isə 2026-cı il 5 fevral tarixli hökmün ləğvini, müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını və verilmiş apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş edib.

Bako Sahakyan çıxışı zamanı cinayət işi üzrə ona elan olunan ittihamlar üzrə özünü təqsirli bilmədiyini deyib.

Məhkəmənin növbəti iclası iyulun 14-də keçiriləcək.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin 5 fevral 2026-cı il tarixli hökmünə əsasən, Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Arkadi Qukasyan və Bako Sahakyan 20 il, Madat Babayan və Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyan və Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryan isə 15 il müddətinə azadlıqdan məhrum ediliblər.

6a51124f8a8e76a51124f8a8e817836979996a51124f8a8e56a51124f8a8e6 6a51124f72ca36a51124f72ca417836979996a51124f72c9f6a51124f72ca1 6a51124f83bad6a51124f83bae17836979996a51124f83baa6a51124f83bac 6a51124f982386a51124f9823917836979996a51124f982356a51124f98236 6a51124fd0a236a51124fd0a2417836979996a51124fd0a206a51124fd0a21 6a511245ad8666a511245ad86717836979896a511245ad8646a511245ad865 6a5112455efaa6a5112455efab17836979896a5112455efa86a5112455efa9 6a5112456b5476a5112456b54817836979896a5112456b5456a5112456b546 6a5112459ff776a5112459ff7817836979896a5112459ff746a5112459ff76 6a51124578c466a51124578c4717836979896a51124578c436a51124578c44 6a511245924706a5112459247117836979896a5112459246e6a5112459246f

Paylaş: