1111 3

Bu gün Azərbaycandan tranzit keçməklə 14 vaqon propan, 5 vaqon gübrə Rusiyadan Ermənistana göndəriləcək.

Globalinfo.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC məlumat yayıb.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 36 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq, 414 ton antrasit və 1 026 ton propan qazı göndərilib.

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

Paylaş: