Tramp 1 900x506 1

İsrail ABŞ-a İranın Prezident Donald Trampa qarşı sui-qəsd planlaşdırdığına dair kəşfiyyat məlumatları təqdim edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Tehran 2020-ci ildə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli komandirlərindən biri olan Qasım Süleymaninin öldürülməsinə görə uzun illərdir Trampdan qisas alacağını açıq şəkildə bəyan edir.

Məlumata əsasən, bu həftə İranın ali dini lideri Əli Xameneinin dəfn mərasimində keçirilən aksiyada iştirakçılar Trampın ölümünü tələb edən şüarlar səsləndirib, həmçinin eyni məzmunlu banner nümayiş etdiriblər.

Bundan iki gün əvvəl isə Donald Tramp jurnalistlərə açıqlamasında özünün sui-qəsd hədəfinə çevrilə biləcəyini deyib.

“İranın siyahısında bir nömrəli hədəf mənəm”, – deyə ABŞ Prezidenti bildirib.

Xatırladaq ki, iyun ayında Vaşinqtonun mərkəzində, Milli Alley ərazisində yerləşən piyada yolunda müəmmalı şəkildə “8647” rəqəmləri yazılmış iri ölçülü qeyd aşkarlanmışdı. Donald Trampın tərəfdarları bunu ABŞ prezidentinə qarşı mümkün sui-qəsd çağırışı kimi qiymətləndirmişdilər.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: