Venesuelada baş verən güclü zəlzələlər nəticəsində ölənlərin sayı 3 899-a çatıb.
Globalinfo.az xəbər verir ki, bunu Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriqes deyib.
O qeyd edib ki, 16 740 nəfər isə yaralanıb:
“86 794 ailəyə artıq humanitar yardım çatdırılıb, 16 892 ailə 89 müvəqqəti düşərgədə yerləşdirilib”.
Xorxe Rodriqes bildirib ki, vəziyyət fövqəladə olaraq qalır:
“Təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün 24 milyon dollar lazımdır. Bu məbləğin təxminən 9 milyon dolları toplanıb”.