Azərbaycanlı futbolçu Raul Süleymanov Almaniyanın “Herta” klubu ilə yeni müqavilə imzalayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə 16 yaşlı hücumameyilli yarımmüdafiəçi özünün sosial şəbəkə hesabında məlumat yayıb.
Azərbaycanın U-21 millisinin üzvü II Bundesliqa təmsilçisi ilə ilk peşəkar sözləşməsinə imza atıb.
Qeyd edək ki, Raul Süleymanov 2022-ci ilin yayından “Herta”nın akademiyasında çıxış edir.