rrrrr

Muzey Mərkəzində “Azərbaycan təsviri sənətinin inciləri. Qızıl kolleksiya” sərgisinin açılış mərasimi keçirilib.

Globalinfo.az bildirir ki, Azərbaycan Dövlət Rəsm Qalereyası və Muzey Mərkəzinin təşkilatçılığı, bp şirkəti və tərəfdaşlarının dəstəyi, “Greentech Solutions” MMC-nin layihəsi əsasında təşkil olunan sərgi ölkənin zəngin təsviri sənət irsini yenilənmiş sərgi məkanında ictimaiyyətə təqdim edir.

Tədbirdə bp şirkətinin kommunikasiya üzrə rəhbəri Tamam Bayatlı layihə haqqında məlumat verərək bildirib ki, yenilənmə işlərinin əsas məqsədi Azərbaycan təsviri sənətinin zəngin irsini müasir texnologiyalar vasitəsilə daha geniş auditoriyaya təqdim etmək və ziyarətçilər üçün interaktiv muzey təcrübəsi yaratmaqdır.

Açılış mərasimində Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru, Muzey Mərkəzinin direktor vəzifəsini icra edən Reala İsa-zadə, bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Səadət Yusifova, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov və “Greentech Solutions” şirkətinin direktoru, layihənin rəhbəri Mikayıl Zeynalov çıxış ediblər.

Çıxışlarda “Azərbaycan təsviri sənətinin inciləri. Qızıl kolleksiya” sərgisinin milli incəsənət irsinin qorunması, öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıdığı bildirilib. Qeyd olunub ki, yenilənmiş sərgi məkanı Azərbaycanın təsviri sənət tarixinin müxtəlif dövrlərini əhatə edən qiymətli rəngkarlıq və heykəltəraşlıq nümunələrinin müasir ekspozisiya prinsiplərinə uyğun təqdim edilməsinə imkan yaradır.

Rəsmi hissədən sonra qonaqlar Muzey Mərkəzində yerləşən yenilənmiş sərgi məkanına baxış keçiriblər. Onlar burada müasir ekspozisiya prinsipləri əsasında təqdim olunan rəngkarlıq və heykəltəraşlıq nümunələri, eləcə də sərgi zallarında yaradılmış yeni texniki və vizual imkanlarla tanış olublar.

Layihə çərçivəsində Muzey Mərkəzindəki beş zalı əhatə edən 385 kvadratmetrlik sərgi zalı modernləşdirilib, beynəlxalq standartlara cavab verən işıqlandırma, iqlimə nəzarət və təhlükəsizlik sistemləri quraşdırılıb. Ekspozisiya üçün 150-dən çox peşəkar çərçivə, 10 pyedestal və digər xüsusi sərgi avadanlıqları təmin olunub, həmçinin proyeksiya və səs sistemləri, media-server və multimedia imkanları yaradılıb.

Yenilənmiş sərgi məkanı əvvəllər daimi ekspozisiyada nümayiş etdirilməyən ən azı 150 sənət əsərinin təqdimatına imkan verir. Burada Azərbaycan Dövlət Rəsm Qalereyasının 12 mindən artıq əsərdən ibarət kolleksiyasından seçilmiş nümunələr, o cümlədən Xalq rəssamları Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Tahir Salahov, Nadir Əbdürrəhmanov və Ömər Eldarov kimi görkəmli sənətkarların əsərləri nümayiş olunur.

Qeyd edək ki, “Azərbaycan təsviri sənətinin inciləri. Qızıl kolleksiya” sərgisi sentyabrın 15-dək davam edəcək.

703c65e89c851225
27a0e5d817001183
9944471b84faa719
fa876901151b512c
9d60cf4fe378eb73
4c29b03db879efee
2c132324e3ace436
7f32dd54aa498be9
735250b92ee84256
87563e85a85c1898
3745e42510b5f881
6060587fede47aa7
6b93ba40ee3d335c
ff90571c8deb264c
cdc1b6c9796bd21b
a88c3721ca005eb0
002a0c8be8ead1ef
91977173ec274c78
042a54c4aa964065
c754e3b5d530672f
53a21184cba8f4d9

Paylaş: