Türkiyə hökuməti Rusiyadan alınmış S-400 zenit-raket komplekslərinin üçüncü ölkəyə veriləcəyi barədə yayılan məlumatları təkzib edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə hökumətindəki mənbə RIA Novosti agentliyinə açıqlamasında bildirib.
Mənbənin sözlərinə görə, Rusiyaya məxsus S-400 hava hücumundan müdafiə sistemlərinin üçüncü ölkəyə ötürülməsi ilə bağlı heç bir plan və ya müzakirə aparılmır.
Xatırladaq ki, daha əvvəl bəzi KİV-lərdə Türkiyəyə Rusiyadan aldığı S-400 batareyalarını üçüncü ölkəyə vermək və ya ABŞ ilə birgə saxlamaq təklif olunduğu iddia edilmişdi.
Həmçinin Qərb ölkələrində zaman-zaman Ankaranın bu sistemləri Ukraynaya satması ilə bağlı çağırışlar da səsləndirilmişdi.
Əliyar Xəlil
Globalinfo.az