
İranın mərhum ali lideri Ayətullah Seyid Əli Xameneinin Məşhəd şəhərində keçirilməsi nəzərdə tutulan dəfn mərasimi təxirə salınıb.
Globalinfo.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Dəfn mərasimini təşkil edən qərargahın yaydığı məlumata əsasən, cənazənin bu gün saat 14:00-da torpağa tapşırılması planlaşdırılsa da, bu baş tutmayıb.
Bildirilib ki, İraqın Nəcəf və Kərbəla şəhərlərində keçirilən vida mərasimləri səbəbindən cənazəni vaxtında Məşhədə çatdırmaq mümkün olmayıb.
Qarşılanma və dəfn mərasimi iyulun 10-da saat 14:00-da Məşhəddə İmam Rza küçəsindən başlayacaq və İmam Rza ziyarətgahına qədər davam edəcək.
Safura Bənnayeva
Globalinfo.az