
Türkiyədə keçirilən NATO Zirvəsi çərçivəsində dövlət və hökumət başçıları üçün təşkil olunan qəbulda məşhur aşpaz Fatih Tutakın hazırladığı xüsusi menyu gecəyə damğa vurub.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Bildirilib ki, Türk mətbəxinin ənənəvi ləzzətlərinin təqdim edildiyi ziyafətdə ABŞ Prezidenti Donald Tramp təndirdə hazırlanmış dana qabırğa və “Hünkar bəyəndi” yeməklərini xüsusi bəyəndiyini bildirib. O, həmin yeməklərin Ağ Evin menyusunda da yer alması üçün aşpazdan resept istəyib.
Fransa Prezidenti Emmanuel Makron enginarlı yeməyi yüksək qiymətləndirərək aşpaza Parisdə restoran açmağı məsləhət görüb. İspaniyanın Baş naziri Pedro Sançes isə fıstıqlı şirniyyatı ən çox bəyəndiyi təamlardan biri adlandırıb.
Safura Bənnayeva
Globalinfo.az