niyazi 11

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Fizika, riyaziyyat və informatika təmayüllü liseydə sakinlərlə görüşüb. 

Globalinfo.az xəbər verir ki, görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Vətəndaşların müraciətləri sırasında işlə təminat, maddi yardım, fərdi yaşayış evinin təmirinə köməklik göstərilməsi və sair məsələlər yer alıb.

Şəhər rəhbəri sakinlərin səsləndirdikləri məsələlərin qısa zamanda qanunauyğun şəkildə həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verib. Bir sıra məsələlər isə araşdırılaraq həll olunması üçün qeydiyyata alınıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar görüşlər mütəmadi olaraq davam etdirilir.

eee19712 1e84 4d45 882e 357791b27f6e
08470c8c c281 4e26 aa20 c9704ae19e97
c051a874 4b86 485e aecd 382c6a854c8b
c76a10e1 5711 4332 9389 3b247004cd72
6efc9c91 18d1 4e83 983a 12730ad4b11c
4b02636e 4576 40ea 926b 1ffd742e948b
7f6ecd67 afe5 43e7 9c56 7df732f0527d

Paylaş: