Dünya çempionatının 1/4 finalında İngiltərə və Norveç yığmaları arasında keçiriləcək oyun ekstremal hava şəraiti səbəbindən təxirə salına bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə “Mirror” nəşri məlumat yayıb.
Bildirilib ki, qarşılaşmanın keçiriləcəyi gün havanın temperaturunun 34 dərəcəyədək yüksələcəyi, yüksək rütubət səbəbindən isə hiss olunan temperaturun 43 dərəcəyə çatacağı proqnozlaşdırılır.
Bundan başqa, güclü göy gurultulu leysan yağışlarının olacağı gözlənilir.
Görüş iyulun 12-də Mayamidəki “Hard Rock” stadionunda baş tutmalıdır.
Əliyar Xəlil
Globalinfo.az