s%C9%99udiyy%C9%99

Səudiyyə Ərəbistanı İranı Küveyt və Bəhreynə qarşı hücumları dərhal dayandırmağa çağırıb və bu hərəkətlərin nəticələrinə görə məsuliyyətin Tehranın üzərinə düşdüyünü bəyan edib.

Gloablinfo.az xəbərinə görə, krallığın Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib ki, İran regionda təhlükəsizliyin, sabitliyin və sülhün qorunması naminə bu cür addımlara dərhal son verməlidir.

Rəsmi Ər-Riyad eyni zamanda Küveyt və Bəhreynlə tam həmrəy olduğunu bildirib və onların öz ərazilərini qorumaq məqsədilə atacağı bütün addımları dəstəklədiyini açıqlayıb.

Bundan əvvəl İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın İran ərazisinə endirdiyi zərbələrə cavab olaraq Bəhreyn və Küveytdə yerləşən hərbi obyektləri hədəfə alıb.

Xatırladaq ki, Hörmüz boğazında Qətərə məxsus mayeləşdirilmiş təbii qaz (LNG) tankeri və Səudiyyə Ərəbistanına aid olan neft tankeri də hücuma məruz qalıb. Bu hadisələr Yaxın Şərqdə gərginliyi daha da artırıb.

Əliyar Xəlil

Globaıinfo.az

Paylaş: