pasinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin xarici siyasətdə izlədiyi balanslı xəttin iqtisadi münasibətlərdə də qorunmasının vacibliyini bildirib.

Globalinfo.az xəbər verir ki, o, bu fikirləri Ermənistan Prezidenti Vaaqn Xaçatryan ilə keçirdiyi görüşdə səsləndirib.

Paşinyan qeyd edib ki, seçki prosesində Avrasiya İqtisadi İttifaqı ilə bağlı müəyyən problemlər müşahidə olunsa da, yaranan çətinliklər yeni imkanlar da açır.

“Bu, o demək deyil ki, problemlər olmayacaq. Çətinliklər hər zaman mövcuddur. Əsas məsələ onları nə dərəcədə effektiv idarə edə bilməyimizdir. İnanıram ki, bunun öhdəsindən uğurla gələcəyik”, – deyə baş nazir bildirib.

Paşinyan vurğulayıb ki, seçkilərdən sonra hökumət islahatlar gündəliyini yenidən işə salmağı planlaşdırır. Onun sözlərinə görə, bu islahatlar korrupsiyaya qarşı mübarizə, institusional dəyişikliklər və iqtisadi sahəni əhatə edəcək.

Prezident Vaaqn Xaçatryan isə seçkilərdən sonra region ölkələri arasında diplomatik və mehriban qonşuluq münasibətlərinin tam şəkildə qurulması üçün yeni imkanların yarandığını bildirib. Onun sözlərinə görə, region dövlətləri qarşılıqlı faydalı əməkdaşlıq mühiti formalaşdıra bilərlər.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: