putin

Rusiya Prezidenti Vladimir Putin işğal altında olan Krımın yanacaqla təminatı məsələsinin operativ həllini tələb edib.

Globalinfo.az xəbər verir ki, hökumətlə keçirilən müşavirədə Rusiyanın Baş nazir müavini Aleksandr Novak yarımadanın yanacaqla təminatı məsələsinin Krım və Sevastopol rəhbərliyi ilə birlikdə nəzərdən keçirildiyini açıqlayıb.

Buna cavab olaraq Putin belə ifadələrin qəbuledilməz olduğunu vurğulayıb.

“Sadəcə “nəzərdən keçirməyə hazırıq” ifadəsi məni qane etmir. Mümkün qədər tez qərar verin. Prosesi uzatmağa ehtiyac yoxdur. Xüsusilə də bunun üçün imkanlarımız var”, – deyə Rusiya prezidenti bildirib.

Putin əlavə edib ki, Krımda yanacaq qiymətlərinin tənzimlənməsi məqsədilə subsidiyaların ayrılması ilə bağlı qərar ən qısa zamanda qəbul olunmalıdır.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: