ABŞ və İsrailin bombardmanı zamanı həlak olan İranın ali dini lideri Əli Xameneinin cənazəsi şiə müsəlmanları üçün müqəddəs sayılan İraqın Kərbəla şəhərinə gətirilib.
Globalinfo.az xəbər verir ki, vida mərasimində milyonlarla insan iştirak edir.
İzdihamın rahat hərəkətini təmin etmək məqsədilə Kərbəladakı İmam Hüseyn və İmam Abbas ziyarətgahlarının giriş qapıları müvəqqəti olaraq sökülüb. Əli Xamenei ilə vida mərasiminə İraqın müxtəlif vilayətlərindən gələn nümayəndələrlə yanaşı, bir sıra ərəb ölkələrinin, regional və beynəlxalq təşkilatların nümayəndə heyətləri də qatılıblar.
Kərbəla vilayətinin Dini İşlər Komitəsinin məlumatına əsasən, matəm mərasimləri başa çatdıqdan sonra cənazə yenidən Nəcəf şəhərinə aparılacaq, oradan isə İrana göndəriləcək.
Son məlumatlara görə, iyulun 8-də səhər saatlarında Nəcəfdə keçirilən matəm yürüşündə təxminən 3 milyon 800 min nəfər iştirak edib.
Əliyar Xəlil