cabbar musayev 1
Bir neçə gün əvvəl Azərbaycanın nümayəndə heyəti Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə İranın ali dini lideri Əli Xameneinin vida mərasimində iştirak etmək üçün İrana səfər edib. Səfərdə nümayəndə heyətinin tərkibində Baş nazirin müavini Şahin Mustafayev, Milli Məclisin sədr müavini Ziyafət Əsgərov və Naxçıvan Muxtar Respublikası Baş naziri Cabbar Musayev də yer alıb.
Globalinfo.az bildirir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, nümayəndə heyətini İrana aparan təyyarədən düşən şəxslər arasında Naxçıvan MR-nın Baş naziri Cabbar Musayev də olub. Lakin o, vida mərasiminin rəsmi hissəsində və protokolda görünməyib. Bu da bir sıra müzakirələrə səbəb olub. Cabbar Musayevin hansı səbəbdən protokolda yer almaması isə məlum olmayıb.Məsələnin ciddiliyi nəzərə alınaraq Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayevlə əlaqə saxlanılıb. O, açıqlamasında protokolda yer almamasının texniki səbəblərdən baş verdiyini bildirib:

“Mənim həmin protokolda iştirak etməməyim texniki səbəblərlə bağlı idi. Bu barədə qarşı tərəfə rəsmi qaydada məlumat verildi. Vida mərasimində iştirak edənlərin sayı çox olduğu üçün  sıxlıq var idi. Avtomobillər də hissə-hissə buraxılırdı. Burada hansısa siyasi məsələ yoxdur, problem təşkilati məsələlərlə bağlı idi. Ümumi olaraq mən ölkə adından kənarda başsağlığı verdim”, – deyə Baş nazir bildirib.

whatsapp image 2026 07 08 at 124622 1 1783500422 screenshot 2 1783500350 screenshot 3 1783500410

Paylaş: